Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.
Məlumata görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.