AZ

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla, 78 əcnəbini deportasiya ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşları Gürcüstandan çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
moderator.az

5Mənbələr