AZ

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

BAKI, 14 aprel. TELEQRAF

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 78 əcnəbini deportasiya ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan, Banqladeş, Belarus, Misir, Hindistan, İndoneziya, Yəmən, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, Somali və Türkiyə vətəndaşları Gürcüstandan çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

Seçilən
3
4
teleqraf.com

5Mənbələr