AZ

Vergiödəyicilərinə xidmət mərkəzlərində 229 minədək xidmət göstərilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 14 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139 min 465 müraciət qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, həmin müraciətlər üzrə 228 min 718 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,7 faiz təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• “ASAN İmza” sertifikatlarının verilməsi;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

• Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-mart ayları ərzində vergiödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1602 vergiödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1604 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib.

Hesabat dövründə ümumilikdə 72 min 735 müraciət üzrə 113 min 41 “ASAN İmza” sertifikatı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
4
azertag.az

10Mənbələr