AZ

Vergi sistemində YENİLİK Bəyannamə tətbiqlə təqdim ediləcək

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur.Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.Onun sözlərinə görə, ilkin mərhələdə bu imkan sadələşdirilmiş bəyannamələr üzrə tətbiq ediləcək və əsasən mikro sahibkarları əhatə edəcək: 

 

"Növbəti mərhələlərdə isə digər bəyannamələrin də mobil tətbiq üzərindən təqdim edilməsi planlaşdırılır. 

Həyata keçirilən bu yeniliklər vergi inzibatçılığında şəffaflığın və çevikliyin artırılmasına, eyni zamanda sənəd dövriyyəsinin optimallaşdırılmasına xidmət edir".Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
19
bizim.media

10Mənbələr