AZ

İrandan Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib - FOTO

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Day.Az-ın məlumatına görə, 28 fevral saat 08:00-dan 13 aprel saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3505 nəfər təxliyə olunub.

Belə ki, bu müddət ərzində 736 Çin, 613 Azərbaycan, 374 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 194 Tacikistan, 152 Pakistan, 136 İran, 116 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 Polşa, 14 İsveçrə, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.

 

Bundan başqa, siyahıda BƏƏ, Finlandiya, Slovakiya, Belçika, Qırğızıstan, Rumıniya, Çexiya və Avstraliyanın 6, Serbiya, İsveç, Əfqanıstan, Türkiyə, Avstriya, Yunanıstan və Vyetnamın 5, İordaniya, Filippin, Ukrayna, Şri-Lanka, Küveyt və Niderlandın isə hər birinin 4 vətəndaşı yer alır.

Həmçinin Qətər, Xorvatiya, Danimarka, Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniya, Uruqvayın 2, Tunis, Cənubi Afrika, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı Azərbaycana keçib.

  • İrandan
  • İrandan
  • İrandan
  • İrandan
  • İrandan
  • İrandan
  • İrandan
  • İrandan
Seçilən
10
49
day.az

10Mənbələr