AZ

İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə edilib

Fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib.

Təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.

Təxliyə olunanlar arasında 736 Çin, 374 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 194 Tacikistan, 152 Pakistan, 136 İran, 116 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belerus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela 6 BƏƏ, 6 Finlandiya, 6 Slovakiya, 6 Belçika, 6 Qırğızıstan, 6 Rumıniya, 6 Çexiya, 6 Avstraliya, 5 Serbiya, 5 Türkiyə, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstriya, 5 Vyetnam, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Misir, 2 Sloveniya, 2 Uruqvay vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Seçilən
1
18
herbiand.az

10Mənbələr