AZ

Ötən gün ölkə ərazisində 44 cinayətin açılması təmin olunub

Ötən
Aprelin 13-də ölkə ərazisində 44 cinayətin açılması təmin olunub.
1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan daha 3 cinayət də polis əməkdaşları tərəfindən açılıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Seçilən
0
34
1news.az

10Mənbələr