AZ

Şənbə və bazar günlərində ölkə ərazisində 89 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 11-də və 12-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

Seçilən
12
28
xalqqazeti.az

10Mənbələr