Bakı. Trend:
“Lufthansa” aviaşirkətinin və törəmə şirkətlərinin pilotları bugün başlatdıqları ikigünlük tətilin daha iki gün uzadılacağınıbəyan ediblər.
Trend xəbər verir ki,pilotların həmkarlar ittifaqı təşkilatı “Kokpit ittifaqı”nınsaytında yerləşdirilən məlumatda tətilin aprelin 15-də və 16-da dadavam etdiriləcəyi bildirilib. Bundan başqa, təşkilat üzvləriniaprelin 15-də Frankfurt hava limanında keçiriləcək yürüşə qoşulmağaçağırıb.
“Lufthansa”nın əsas, eləcə də “Eurowings”, “Lufthansa CityLine”,“Lufthansa Cargo” kimi bir sıra törəmə şirkətləri əhatə edəntətilin birinci günündə - aprelin 13-də 700-dən çox aviareys ləğvedilib.
“Kokpit ittifaqı”nın sədri Andreas Pinheyro “Lufthansa”şirkətinə ciddi təklif irəli sürmək üçün dəfələrlə kifayət qədərvaxt verilsə də, edilən təkliflərin qənaətbəxş olmadığını bildirib.O, həmkarlar ittifaqı təşkilatının danışıqlara hazır olduğunu,bunun üçün real danışıqlara uyğun təkliflərin təqdim olunmasınınvacibliyini qeyd edib. Bu tələblər “Lufthansa”, “Lufthansa Cargo”və “Eurowings”də pensiya təminatı, “Lufthansa CityLine” şirkətindəisə əməkhaqqı ilə bağlıdır.
Qeyd edək ki, Yaxın Şərqdə mövcud vəziyyətlə əlaqədar tətilinAlmaniyadan Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən,İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı vəBirləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlara təsiretməyəcəyi bildirilib.