AZ

Bakı məktəbində YENİLİK: Valideynlərin WhatsApp nömrəsinə bildiriş göndəriləcək FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı "Elektron davamiyyət" sistemi tətbiq edilməyə başlanıb.Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, QR kod dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədilə tətbiq edilib.Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

 

"Elektron davamiyyət" sistemi vasitəsilə şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır, dərhal valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndərilir, gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
18
bizim.media

10Mənbələr