AZ

Paytaxt məktəbində YENİLİK:Davamiyyət QR kodla yoxlanılır

Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı "Elektron davamiyyət" sistemi tətbiq edilməyə başlanıb.

Redaktor.az xəbər verir ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən  izlənilməsinə imkan yaradır.

“Elektron davamiyyət” sistemi vasitəsilə:

·Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;

· Dərhal valideynlərin “WhatsApp” nömrəsinə bildiriş göndərilir;

·  Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir ("Azərbaycan müəllimi").

222
Seçilən
12
18
redaktor.az

10Mənbələr