AZ

İnternet xidmətləri üzrə şikayətlər artıb?

Bakı.Trend:

2026-cı ilin birinci rübü ərzində telekommunikasiya və poçtxidmətləri üzrə ümumilikdə 1741 şikayət daxil olub. Müraciətlərin45,8%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsixidmətləri, 22,6%-i mobil internet və rabitə xidmətləri, 31,6%-ipoçt rabitəsi xidmətləri üzrə qeydə alınıb.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində hər gün orta hesabla sistemvasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiyavə poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin birinci rübüərzində “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub.Böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləriüzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər33%, telefon rabitəsi üzrə isə 5,2%-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çoxpay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti iləbağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarınınistehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərəaiddir.

Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsashissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub vəbu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlımüraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılaragöstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub.

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətinişləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidməttəchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərləbağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkəproblemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarınınistehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.

Ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron –Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkiledib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlarəsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad,Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraqgöstəriblər.

İlk üç ayda sistem üzərindən müraciət edənlərin 88,3%-nikişilər, 11,7%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Seçilən
19
12
az.trend.az

10Mənbələr