AZ

Xankəndidə mağazada istehlaka yararsız məhsullar aşkarlandı

Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Mahir İsmayıl oğlu Qasımova məxsus şərab satışı mağazasında yoxlama keçirilib.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.

 

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

Tarix: 13 Aprel 2026, 15:44   
Seçilən
0
16
pravda.az

10Mənbələr