AZ

Xankəndidə mağazada istehlaka yararsız məhsullar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Qasımov Mahir İsmayıl oğluna məxsus şərab satışı mağazasında yoxlama keçirib.

XQ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

 

 
 

Seçilən
0
16
xalqqazeti.az

10Mənbələr