AZ

Mehman Nəsibov yüksək vəzifəyə TƏYİN OLUNDU

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.

Bizim.Media iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mehman Nəsibov Agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
 

Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib.


M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bizim.Media

Seçilən
3
15
bizim.media

10Mənbələr