AZ

Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi -

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Mehman Nəsibov agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Seçilən
1
15
metbuat.az

10Mənbələr