AZ

Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

Bakı. Trend:

Süni İntellektin (Sİ) əhəmiyyəti durmadan artır. O, sənayelərikökündən dəyişir, effektivliyi artırır və iqlim dəyişikliyi vəsəhiyyəyə çıxış kimi qlobal problemlərin həllinə kömək edir. Busəbəbdən ölkələr Sİ texnologiyalarını inkişaf etdirmək üçün ciddirəqabət aparırlar.

ABŞ. ABŞ müasir Sİ-in beşiyi hesab olunur.Google, Microsoft və IBM kimi texnologiya nəhəngləri Sİtədqiqatlarına böyük sərmayələr yatırır. Silikon Vadisi isəstartaplar, tədqiqatçılar və sahibkarlar üçün əsas mərkəzəçevrilib. ABŞ-da Sİ inkişafının əsas üstünlüklərindən biriuniversitetlərlə özəl sektor arasında sıx əməkdaşlıqdır. Həmçinindövlət də Sİ-in strateji əhəmiyyətini qəbul edərək müxtəliftəşəbbüslər həyata keçirir.

ÇİN. Çin sürətlə Sİ sahəsində əsas oyunçulardanbirinə çevrilir. Çin hökuməti Sİ-i milli prioritet elan edib və2030-cu ilə qədər dünya lideri olmağı hədəfləyir. Bu istiqamətdəmilyardlarla dollar investisiya qoyulur. Baidu, Alibaba və Tencentkimi şirkətlər böyük istifadəçi bazasından əldə etdikləriməlumatlar sayəsində Sİ sistemlərini inkişaf etdirirlər. Çinəhalisinin çoxluğu da böyük həcmdə məlumat yaradaraq bu sahədəüstünlük yaradır.

AVROPA İTTİFAQI. ABŞ və Çinlə müqayisədə Avropa İttifaqı fərqlistrategiya seçib. Burada əsas diqqət etik Sİ-in inkişafına vəhüquqi çərçivələrin yaradılmasına yönəlib. Məqsəd həm innovasiyanıtəşviq etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. “HorizonEurope” kimi proqramlar vasitəsilə Sİ tədqiqatlarına dəstək verilirvə ölkələrarası əməkdaşlıq gücləndirilir.

KANADA. Kanada, xüsusilə “deep learning”sahəsində mühüm nailiyyətlər əldə edib. Toronto şəhəri isə qlobalSİ mərkəzlərindən birinə çevrilib. Kanada hökuməti Sİ-n iqtisadi vəsosial potensialını nəzərə alaraq bu sahəyə dəstək verir və etik Sİinkişafına xüsusi diqqət yetirir.

STARTAPLARIN ROLU. Sİ inkişafında yalnız böyükşirkətlər deyil, startaplar da mühüm rol oynayır. Dünyanın müxtəlifölkələrində startaplar təhsil, səhiyyə, marketinq və kəndtəsərrüfatı kimi sahələrdə innovativ həllər təqdim edir. İsrail vəHindistan bu baxımdan seçilir. İsrail “Startap milləti” kimitanınır, Hindistan isə Sİ-i yerli problemlərin həllində aktivistifadə edir.

Sİ YARIŞININ GƏLƏCƏYİ. Məlumat mübadiləsi vəortaq tədqiqatlar əsas rol oynayır. Eyni zamanda etik problemlərin,o cümlədən məlumat məxfiliyi və alqoritmik qərəzin həlli önə çıxır.Sİ üzrə yarış davam etdikcə, beynəlxalq əməkdaşlığın vacibliyi dahada artır. Həm də bu yarış yalnız texnologiya yarışı deyil,gələcəyin formalaşdırılması ilə bağlıdır. Süni intellekt gələcəyinaçarıdır və bu gələcək artıq başlayıb.

AZƏRBAYCAN. Hazırda ABŞ və Çin liderdir, lakindigər ölkələr də sürətlə irəliləyir. Azərbaycan da Süni İntellektininkişafı istiqamətində son dövrlərdə mühüm və sistemli addımlaratır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci ildə“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellektStrategiyası”nın təsdiq edilməsi, 11 fevral 2026-cı ildə“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyətplanına həsr olunmuş müşavirənin keçirilməsi və həmin müşavirədəmüəyyənləşdirilən prioritetlər bu sahəyə verilən yüksək əhəmiyyətinbariz göstəricisidir. Birinci vitse-prezident Mehriban xanımƏliyevanın sədrliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf Şurasınınyaradılması ölkədə rəqəmsal transformasiyanın institusionaləsaslarını daha da gücləndirir və Süni İntellekt sahəsində vahidyanaşmanın formalaşdırıldığını göstərir. Bütün bunlar Azərbaycanınbu yeni və strateji sahədə öz baxışına malik olduğunu və qlobalrəqabətdə layiqli yer tutmaq niyyətini nümayiş etdirir. Hesabedirik ki, Süni İntellektin inkişafı baxımından ölkənin böyük və yakiçik olması həlledici faktor deyil. Əsas məsələ düzgünprioritetlərin seçilməsi, resursların səmərəli səfərbər olunması vədəyişikliklərə operativ reaksiya verə bilməkdir. Bu baxımdanAzərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlarvə bu sahədə potensialın formalaşdırılması çox təqdirəlayiqdir.Mövcud durumun və imkanların, mümkün qısa vaxtda müsbət nəticələrəldə etmək zəruriliyi nəzərə alınaraq Süni İntellektin tətbiqibaxımından təhsil və elm sahələrinin prioritet istiqamət kimimüəyyənləşdirilməsi məqsədəuyğun görünür. Artıq Ağıllı Təhsil,Sİ-li təhsil qlobal gündəmdədir və aktiv formalaşmamərhələsindədir.

Bu kontekstdə bu gün dünyanın aparıcı ali təhsil mərkəzləri yenitexnoloji reallıqlara uyğun olaraq yenidən formalaşır və eləcə də,dünyada tamamilə yeni ali təhsil mərkəzləri yaranmaqdadır. Bu isəonu göstərir ki, məhz indi yeni ali təhsil liderlərinin ortayaçıxması üçün əlverişli tarixi mərhələdir. İnanırıq ki, yeni"harvard"lar məhz indi formalaşır və Azərbaycanın da bu sahədəpotensialı və real şansları var. Bu şansın reallaşdırılmasının isəiki əsas amildən, daha doğrusu, bu yeniliklərə mümkün qədər tezbaşlamaqdan və dəyişikliklərin sürətindən asılı olduğunainanırıq.

Ədalət Muradov,

UNEC-in rektoru, professor.

Seçilən
0
7
az.trend.az

8Mənbələr