AZ

Hörmüz boğazının blokadası bu tarixdə başlayacaq

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına və limanlarından gəmilərin hərəkətinə qarşı dəniz blokadasının başlayacağı vaxtı açıqlayıb. 

"Unikal" xəbər verir ki, blokada 14 aprel Tehran vaxtı ilə saat 17:30-da başlayacaq. 

ABŞ Prezidenti Donald Tramp İslamabad danışıqlarının uğursuzluğundan bəri ilk ictimai şərhlərində bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının dərhal blokadasına başlayacaq və NATO da əməliyyatda iştirak edəcək.

O, İslam Respublikasının neft satışından pul qazanmasına icazə verməyəcəyini vurğulayıb. 

Ağarza Elçinoğlu

Seçilən
4
27
unikal.az

10Mənbələr