AZ

Uqanda prezidentinin oğlu Türkiyəni hədələdi - Ən gözəl qadını və 1 milyard tələb etdi

Uqanda prezidentinin oğlu və ölkənin baş komandanı Muhuzi Kayneruqaba Türkiyədən istədikləri ilə gündəmə gəlib. 

"Unikal" xəbər verir ki, o, Türkiyənin ən gözəl qadınını və bir milyard dollar tələb edib. Əks təqdirdə, Türkiyə səfirliyini və Türk Hava Yollarının hava məkanını bağlamaqla hədələyib. General Ankaraya 30 gün vaxt verib və Türkiyə üçün bunun "sadə bir razılaşma olacağını" qeyd edib.

Kayneruqaba daha sonra paylaşımını X sosial media platformasından silib.

Bu, Uqanda baş komandanının ilk qalmaqallı hərəkəti deyil. 2022-ci ildə o, İtaliyaya Baş nazir Corciya Meloninin əlini almaq müqabilində 100 inək təklif edib. Razılaşma rədd edilərsə, Kayneruqaba Romanı ələ keçirməklə hədələmişdi. 

Seçilən
0
2
unikal.az

10Mənbələr