İsraili dəstəkləyən Uqanda ordusunun komandanı general Muhozi Kayneruqaba Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını tələb edib.
Turkustan.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Propakistani” nəşri məlumat yayıb.
Hərbçi bildirib ki, onun köməyi ilə Türkiyə Somalidəki mövcudluğunu artıra bilib və bu da Ankaraya əhəmiyyətli strateji və iqtisadi üstünlük qazandırıb:
“Bu, xüsusilə də liman infrastrukturu sayəsində mümkün olub. Bu infrastruktur yalnız Uqandanın Afrika İttifaqının dəstəklədiyi missiyalarda uzun müddətdir davam edən hərbi iştirakı sayəsində hökumətin nəzarəti altında olub.
Buna görə də Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınının mənimlə evlənməsini istəyirəm. Əks təqdirdə, Türkiyənin ölkəmizdəki bütün diplomatik nümayəndəliklərini bağlamağı düşünəcəyik”.