BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Fransaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 195 milyon 742 min 850 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Fransaya hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azalaraq, 59 milyon 71 min 22 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq, 1 milyard 211 milyon 280 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 3 milyard 875 milyon 355 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 460 milyon 630 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.