Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 1000 qol hədəfinə yaxınlaşır.
QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunun "Əl-Ohdud"la keçirilən görüşündə daha bir qol vurub.
"Əl-Nəsr"in hücumçusu 2:0 hesabı ilə qalib gəldikləri matçın 15-ci dəqiqəsində topu rəqib qapısından keçirib. Bu, 41 yaşlı hücumçunun karyerasının 968-ci qolu olub.
Xatırladaq ki, Ronaldo açıqlamasında tezliklə 1000 qol hədəfinə çatmaq istədiyini bildirib.