AZ

Ronaldo 1000 qol hədəfinə bir az da yaxınlaşdı

style='margin-bottom:10px;'>

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 1000 qol hədəfinə yaxınlaşır.

QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunun "Əl-Ohdud"la keçirilən görüşdə daha bir qol vurub.

"Əl-Nəsr"in hücumçusu 2:0 hesabı ilə qalib gəldikləri matçın 15-ci dəqiqəsində topu rəqib qapısından keçirib. Bu, 41 yaşlı hücumçunun karyerasının 968-ci qolu olub.

Xatırladaq ki, Ronaldo açıqlamsında tezliklə 1000 qol hədəfinə çatmaq istədiyini bildirib.

Seçilən
40
2
teleqraf.com

4Mənbələr