AZ

İran danışıqlardan razıdır: ABŞ geri addım atmağa başlayır

ABŞ ilə İran arasında davam edən danışıqlarda diqqətçəkən dinamika müşahidə olunur.

Musavat.com xəbər verir ki, İran tərəfi danışıqlar prosesinin gözlədiklərindən daha uğurlu getdiyini bildirir.

Fars agentliyinin yaydığı məlumata görə, Tehran hesab edir ki, ABŞ artıq bəzi məsələlərdə geri addım atmağa başlayıb və İranın mövqeyini nəzərə almağa məcbur qalır. Bu isə danışıqlarda balansın dəyişdiyini göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.

İran rəsmiləri vurğulayır ki, ölkə öz maraqlarını qətiyyətlə müdafiə edir və əldə olunan nəticələr onları qane edir. Onların fikrincə, prosesin bu şəkildə davam etməsi ABŞ üzərində əlavə təzyiq formalaşdırır.

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr