"Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki və inkişaf edən neyrodegenerativ xəstəliyidir. Vaxtından əvvəl bu arzuolunmaz vəziyyətə düşməməyin bir neçə yolu var. Məsələn, D vitamini səviyyəsinin monitorinqi aparılmalı, müntəzəm fiziki aktivlik və sidik turşusu səviyyəsinin saxlanılması bura aiddir".
Publika.az xəbər verir ki, bu fikirləri məşhur rusiyalı nevroloq Andrey Çurilov "Gazeta"ya açıqlamasında deyib.
O, qeyd edib ki, Parkinson xəstəliyi əsasən yaşlı insanlara təsir edir: "Lakin bu, gənc insanlarda da baş verə bilər. Dünya üzrə xəstəliyin orta başlanğıc yaşı 60-65-dir. Rusiyada bu göstəricilər qlobal orta göstəricilərlə eynidir. Lakin qadınlarda simptomlar statistik olaraq kişilərə nisbətən 2,1-3 il gec başlayır".
Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Lakin bu hal insanların həyat keyfiyyətində dəyişiklik olmayacağı mənasına gəlmir. Xəstəliyin tamamilə aradan qaldırılmasına və ya qarşısının alınmasına istiqamətlənən müalicə prosesi isə hələ də dəqiqləşdirilməyib.
Xəstəliyin əsas simptomları isə bunlardır: