Berlin, 10 aprel, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Yohan Vadeful və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Y.Vadeful X platformasındakı hesabında məlumat verib.
O, telefon söhbətində İranı atəşkəsə əməl etməyə, konstruktiv danışıqlara qoşulmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyi təmin etməyə çağırdığını vurğulayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin