EN

Almaniya İranı Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin etməyə çağırıb

Berlin, 10 aprel, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Yohan Vadeful və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Y.Vadeful X platformasındakı hesabında məlumat verib.

O, telefon söhbətində İranı atəşkəsə əməl etməyə, konstruktiv danışıqlara qoşulmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyi təmin etməyə çağırdığını vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
94
1
azertag.az

2Sources