"Harlem Globetrotters" basketbol komandası Papaya basketbol topunu barmağında fırlamağı öyrədib. Musavat.com AP News-a istinadən xəbər verir ki, çərşənbə günü Papa XIV Leo Vatikanda Müqəddəs Pyotr meydanında Harlem Qlobetrotters qonaqlarını qəbul edib. Görüş zamanı Papa komandanın klassik fəndlərindən birini - barmağında basketbol topu fırlatmağı təkrarlamağa cəhd edib. Futbolçulardan birinin köməyi ilə onun cəhdi uğurlu alınıb.
Harlem Globetrotters ABŞ-dən olan məşhur şou basketbol komandasıdır.
Papa XIV Leo basketbol həvəskarıdır və Villanova Universitetinin basketbol komandasını dəstəkləyir.
Yada salaq ki, 2025-ci ilin mayın 8-də Roma Papası seçilən XIV Leo 4 ay ərzində fəaliyyətini dünyada sülhə həsr edib. XIV Leo ABŞ və Perudan çıxmış ilk Roma papasıdır. Katoliklərin ruhani lideri ötən müddətdə dünyada münaqişələrə son qoyulması üçün onlarla çağırış edib.
Afaq,
Musavat.com