EN

Roma Papası onu barmağında OYNATDI - VİDEO

"Harlem Globetrotters" basketbol komandası Papaya basketbol topunu barmağında fırlamağı öyrədib. Musavat.com AP News-a istinadən xəbər verir ki, çərşənbə günü Papa XIV Leo Vatikanda Müqəddəs Pyotr meydanında Harlem Qlobetrotters qonaqlarını qəbul edib. Görüş zamanı Papa komandanın klassik fəndlərindən birini - barmağında basketbol topu fırlatmağı təkrarlamağa cəhd edib. Futbolçulardan birinin köməyi ilə onun cəhdi uğurlu alınıb.

Harlem Globetrotters ABŞ-dən olan məşhur şou basketbol komandasıdır.

Papa XIV Leo basketbol həvəskarıdır və Villanova Universitetinin basketbol komandasını dəstəkləyir.

Yada salaq ki, 2025-ci ilin mayın 8-də Roma Papası seçilən XIV Leo 4 ay ərzində fəaliyyətini dünyada sülhə həsr edib. XIV Leo ABŞ və Perudan çıxmış ilk Roma papasıdır. Katoliklərin ruhani lideri ötən müddətdə dünyada münaqişələrə son qoyulması üçün onlarla çağırış edib.

Afaq,
Musavat.com

Chosen
40
musavat.com

1Sources