AZ

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Aprelin 10-da Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
12
29
manset.az

10Mənbələr