Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən
Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.