Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.
Rekord.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Tiflis şəhərindəki İdman Sarayında, saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.