AZ

Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.
 
Moderator.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.
 
Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 18:00-da start götürəcək.
 
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.
 
Seçilən
10
2
moderator.az

7Mənbələr