Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ və İsrailə qarşı müharibədə İrana hərbi dəstək göstərməkdən imtina etməsinin səbəbini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.
Kadırovun sözlərinə görə, əgər Tehran hakimiyyəti qonşu ərəb ölkələrinin dinc əhalisinə zərbələr endirməsəydi, çeçen hərbçilərin İrana göndərilməsi məsələsinə baxmaq olardı.
“Onlar bizim qardaşlarımıza da hücum edirlər. Üçüncü ölkələrin dinc sakinlərinin münaqişənin günahsız qurbanlarına çevrildiyini görmək mənə qətiyyən xoş deyil”, - o, qərarını belə izah edib.
Bununla belə, Çeçenistan rəhbəri Rusiyanın hansı qanunlarının İrana hərbçi göndərilməsi üçün hüquqi əsas ola biləcəyini açıqlamayıb.
"Cebheinfo.az"