AZ

Kadırov İrana hərbçi göndərməməsinin səbəbini açıqladı

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ və İsrailə qarşı müharibədə İrana hərbi dəstək göstərməkdən imtina etməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

Kadırovun sözlərinə görə, əgər Tehran hakimiyyəti qonşu ərəb ölkələrinin mülki əhalisinə zərbələr endirməsəydi, o, Çeçenistan qoşunlarını İrana göndərməyə hazır olardı.

“İran bizim qardaşlarımıza da hücum edirlər. Üçüncü ölkələrin dinc sakinlərinin münaqişənin günahsız qurbanlarına çevrildiyini görmək mənə qətiyyən xoş deyil”, - Çeçenistan lideri qərarını bu şəkildə izah edib.

Həmçinin, Çeçenistan rəhbəri Rusiyanın hansı qanunlarının İrana hərbçi göndərilməsi üçün hüquqi əsas ola biləcəyini açıqlamayıb.

Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr