AZ

15 bəndin əksəriyyəti artıq razılaşdırılıb -

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçiriləcək danışıqlardan əvvəl Tehranın nüvə proqramı ilə bağlı mövqeyini açıqlayıb. Metbuat.az xəbər verir ki, o, sosial media hesabındakı açıqlamasında İranın artıq uranı zənginləşdirməsinə icazə verilməyəcəyini bildirib. Tramp uranı zənginləşdirmə fəaliyyətlərinin tamamilə dayandırılacağını və yeraltında gizlədilən nüvə qalıqlarının ABŞ tərəfindən bölgədən çıxarılacağını vurğulayıb. Tramp, “Biz İranla tariflər və sanksiyaların yumşaldılması barədə danışırıq və bunu davam etdirəcəyik. 15 bəndin əksəriyyəti artıq razılaşdırılıb” , - deyə bildirib.

Tramp İranın müttəfiqlərinə də sərt xəbərdarlıq edib. O bildirib ki, İrana hərbi silah tədarük edən hər hansı ölkənin ABŞ-yə idxal bütün mallara 50% tarif tətbiq ediləcək.

Seçilən
0
2
metbuat.az

3Mənbələr