ABŞ prezidenti İranla əməkdaşlıq, sanksiyaların yumşaldılması və nüvə proqramının dayandırılması üzərində işlədiklərini bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı hazırlanan 15 maddəlik sülh planının bir çox bəndlərinin artıq razılaşdırıldığını açıqlayıb.
Tramp bu barədə Truth Social platformasında paylaşım edərək bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq etməyi planlaşdırır. Onun sözlərinə görə, Vaşinqton Tehranda baş verdiyini iddia etdiyi “məhsuldar rejim dəyişikliyi”ni də nəzərə alır.
ABŞ prezidenti vurğulayıb ki, İranın uranı zənginləşdirməsinə icazə verilməyəcək və ABŞ İranla birlikdə yerin dərin qatlarında yerləşən nüvə materiallarını çıxarıb aradan qaldıracaq.
Tramp qeyd edib ki, bu obyektlər hazırda ABŞ Kosmik Qüvvələrinin də daxil olduğu dəqiq peyk müşahidəsi altındadır və hücumlardan sonra onlara toxunulmayıb.
Bundan əlavə, o bildirib ki, tərəflər tariflərin və sanksiyaların yumşaldılması məsələsini də müzakirə edir və bu istiqamətdə irəliləyiş var.
“15 maddənin bir çoxu artıq razılaşdırılıb”, – deyə Tramp vurğulayıb.
Analitiklər hesab edirlər ki, bu açıqlama İranla mümkün razılaşma istiqamətində diplomatik prosesin aktiv fazaya keçdiyini göstərir.
Poliqon.info
Tramp: 15 maddəlik sülh planının böyük hissəsi razılaşdırılıb
ABŞ prezidenti İranla əməkdaşlıq, sanksiyaların yumşaldılması və nüvə proqramının dayandırılması üzərində işlədiklərini bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı hazırlanan 15 maddəlik sülh planının bir çox bəndlərinin artıq razılaşdırıldığını açıqlayıb.
Tramp bu barədə Truth Social platformasında paylaşım edərək bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq etməyi planlaşdırır. Onun sözlərinə görə, Vaşinqton Tehranda baş verdiyini iddia etdiyi “məhsuldar rejim dəyişikliyi”ni də nəzərə alır.
ABŞ prezidenti vurğulayıb ki, İranın uranı zənginləşdirməsinə icazə verilməyəcək və ABŞ İranla birlikdə yerin dərin qatlarında yerləşən nüvə materiallarını çıxarıb aradan qaldıracaq.
Tramp qeyd edib ki, bu obyektlər hazırda ABŞ Kosmik Qüvvələrinin də daxil olduğu dəqiq peyk müşahidəsi altındadır və hücumlardan sonra onlara toxunulmayıb.
Bundan əlavə, o bildirib ki, tərəflər tariflərin və sanksiyaların yumşaldılması məsələsini də müzakirə edir və bu istiqamətdə irəliləyiş var.
“15 maddənin bir çoxu artıq razılaşdırılıb”, deyə Tramp vurğulayıb.