AZ

Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edilib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida TəhlükəsizliyiAgentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşənuşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmətobyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

Trend xəbərverir ki, IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciətiəsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində “Poniland” adıaltında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraqsurikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dənizdonuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığıməlum olub.

Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizəolunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərəalınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eynizamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdəsaxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqlayanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütünheyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdənsonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı ZoolojiParkına yerləşdirilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşıqayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanlarınqanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimifaktların şahidi olduqda IDEA İctimai Birliyinin “Təbiətə TəciliYardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynarxətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyəçağırıb.

Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Məqalədə:
Seçilən
0
20
az.trend.az

10Mənbələr