AZ

Bakıda reyd: Heyvanlar insanlardan xilas edilib

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən birgə yoxlama nəticəsində “Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub. Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır. Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib. IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
20
azvision.az

10Mənbələr