Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.
Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Taleh Bağırzadə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət çevrilişinə cəhd, terrorçuluq cinayətlərində ittiham olunub./APA