Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhəd bölgəsindəki vəziyyəti son dərəcə ağır adlandırıb. O, son üç ayda 487 nəfər yaralının olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, qubernator bunu Telegram-da açıqlayıb.
Onun sözlərinə görə, yanvarın 1-dən bəri Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 487 nəfər yaralanıb, daha 57 nəfəri isə xilas etmək mümkün olmayıb.
Qladkov bölgədəki dağıntılar barədə də məlumat verib: “Bölgədə 3000-dən çox ev və mənzil zədələnib və ya dağılıb, 1000-dən çox avtomobil isə yanıb və ya zədələnib. Hər yerdə vaxtında yardım göstərməyə çalışırıq. Təəssüf ki, bu, həmişə mümkün olmur, amma bütün mövcud resursları səfərbər etməyə çalışırıq”.
Bəxtiyar CƏFƏRLİ