EN

“Sərhəd bölgəsində vəziyyət son dərəcə çətin olaraq qalır” - Belqorod vilayətinin qubernatoru

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhəd bölgəsindəki vəziyyəti son dərəcə ağır adlandırıb. O, son üç ayda 487 nəfər yaralının olduğunu bildirib.

Herbiand.az xəbər verir ki, qubernator bunu Telegram-da açıqlayıb.

Onun sözlərinə görə, yanvarın 1-dən bəri Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 487 nəfər yaralanıb, daha 57 nəfəri isə xilas etmək mümkün olmayıb.

Qladkov bölgədəki dağıntılar barədə də məlumat verib: “Bölgədə 3000-dən çox ev və mənzil zədələnib və ya dağılıb, 1000-dən çox avtomobil isə yanıb və ya zədələnib. Hər yerdə vaxtında yardım göstərməyə çalışırıq. Təəssüf ki, bu, həmişə mümkün olmur, amma bütün mövcud resursları səfərbər etməyə çalışırıq”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
9
herbiand.az

1Sources