“Tərəflər eyni statusda danışıqlar masasına əyləşdi. Ortada qalib yoxdur. Dünən verdiyim açıqlamada Trampın İran "sivilizasiyanı məhv edəcəm" və "mülki infrastruktura zərbə endirəcəyini" bəyan etməsi İran rejiminə təzyiq beyanatı olduğunu qeyd etdim. Həmçinin ABŞ İrana ölümcül zərbələr endirməyəcəyini və konfedensial danışıqların getdiyini vurğuladım. Baxmayaraq ki, İrana qarşı axşam ölümcül hücumu hamı gözləyirdi. Hətta İsraildə "Sivilizasiyanin məhvi" saatı geri sayım başlamışdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ-nin İranın mülki infrastrukturunu darmadağın etməsi Vaşinqtonun beynəlxalq imicinə zərbə vuracaqdı:
“Həmçinin D.Trampa daxildə siyasi elitada təzyiqlər edilməsi istisna deyil. İran Pakistan və Böyük Britaniyanın birbaşa təsirləri ilə Hörmüz boğazını açdı. Təbii ki, Trampın təzyiqləri nəticəsində Tehran geri addım atdı. Artıq ABŞ-ın 15 maddəlik və İranın 10 maddəlik təklifləri əsasında danışıqlar gedir. İranın 10 maddəlik təklifləri ABŞ-nin nüfuzuna zərbədir. Vaşinqton belə bir təklifləri qəbul etməyəcək. Gözlənildiyi kimi hər iki tərəf qələbə əldə etdiyini bəyan etdi. Təbii ki, İran ciddi şəkildə zərbə alıb. Həmçinin Vaşinqtonun Körfəzdə və Yaxın Şərqdə hərbi bazaları sıradan çıxıb. İsrailin toxunulmazlıq mifi aradan qalxdı. Demək olar ki, B52 İrana kiçik kilotoluq nüvə zərbəsi ilə havaya qalxıb, İrana doğru istiqamət alanda Tehran Vaşinqtonun Hörmüz boğazı ilə bağlı təklifini qəbul etdi. Bir növ İranın əlində olan Hörmüz təhdidi rejimin xilas kəməri olduğunu demək olar”.
Politoloq deyib ki, İranın Hizbullahla bağlı təklifi qəbul edilməsi Tehranın burada qalib olmasını şərtləndirən əsas amildir:
“İranın şərti ilə İsrail "Hizbullaha" qarşı əməliyyatı dayandırdı. İranın birmənalı şəkildə məğlub olub, demək olmaz. Rejim yerindədir və ABŞ-la eyni statusda danışıqlar masasına əyləşib. ABŞ -da birmənalı qalib deyil. Amma, İrana böyük zərbələr vurmaqla rejimi zəiflətdi. İranın hərbi potensialını dağıtdı. Amma, Tramp dediyi kimi İranı kaputilyasiya sənədinə imza atdılar bilmədi”.
Vasif ƏLİHÜSEYN