AZ

“ABŞ İran gərginliyində qalib tərəf yoxdur”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“ABŞ İranı kaputilyasiya sənədinə imza atdıra bilmədi. Tərəflər eyni statusda danışıqlar masasına əyləşdi. Ortada qalib yoxdur”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Dünən İctimai TV verdiyim açıqlamada D. Trampın İran “sivilizasiyanı məhv edəcəm” və “mülki infrastruktura zərbə endirəcəyini”-bəyan etməsi  İran rejiminə təzyiq beyanatı olduğunu qeyd etdim.  Həmçinin ABŞ İrana ölümcül zərbələr endirməyəcəyini və konfedensial danışıqların getdiyini vurğuladim. Baxmayaraq ki, İrana qarşı axşam ölümcül hücumu hamı gözləyirdi. Hətta İsraildə “Sivilizasiyanin məhvi” saatı geri sayım başlamışdı. Dediyimiz kimi D. Tramp zərbə endirmədi.

ABŞ -ın İranın mülki infrastrukturunu darmadağın etməsi Vaşinqtonun  beynəlxalq imicinə zərbə vuracaqdı. Həmçinin D.Trampa daxildə siyasi elitada təzyiqlər edilməsi istisna deyil.

İran Pakistan və Böyük Britaniyanın birbaşa təsirləri ilə Hörmüz boğazını açdı. Təbii ki, D. Trampın təzyiqləri nəticəsində Tehran geri addım atdı. Artıq ABŞ-ın  15 maddəlik və İranın 10 maddəlik təklifləri əsasında danışıqlar gedir. İranın 10 maddəlik təklifləri ABŞ-ın nüfuzuna zərbədir. Vaşinqton belə bir təklifləri qəbul etməyəcək.

Gözlənildiyi kimi hər iki tərəf qələbə əldə etdiyini bəyan etdi. Təbii ki, İran ciddi şəkildə zərbə alıb. Həmçinin Vaşinqtonun Körfəzdə və Yaxın Şərqdə hərbi bazaları sıradan çıxıb. İsrailin toxunulmazlığ mifi aradan qalxdı.

Demək olar ki, B52 İrana kiçik kilotoluq nüvə zərbəsi ilə hava qalxıb, İrana doğru istiqamət alanda Tehran Vaşinqtonun Hörmüz boğazı ilə bağlı təklifini qəbul etdi. Bir növ İranın əlində olan  Hörmüz təhdidi rejimin xilas kəməri olduğunu demək olar.

İranın Hizbullahla bağlı təklifi qəbul edilməsi Tehranin burada qalib olmasını şərtləndirən əsas amildir. İranın şərti ilə  İsrail “Hizbullaha” qarşı əməliyyatı dayandırdı.

İranın  birmənalı şəkildə məğlub olub, demək olmaz. Rejim yerindədir və ABŞ-la eyni statusda danışıqlar masasına əyləşib. ABŞ -da birmənalı qalib deyil. Amma, İrana böyük zərbələr vurmaqla rejimi zəiflətdi. İranın hərbi potensialını dağıtdı. Amma, D. Tramp dediyi kimi  İranı kaputilyasiya sənədinə imza atdılar bilmədi”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr