AZ

Tovuz stadionunda test oyunu keçirildi meydança hazırdı, “Turan Tovuz”u gözləyir!

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gün Tovuz şəhər stadionunda test oyunu keçirilib. Bu barədə PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev ötən həftə redaksiyamıza məlumat vermişdi. “Futbol+” başqa detalları da üzə çıxarıb. Məlum olub ki, əslində ilk oyun dünən yox, aprelin 2-də keçirilib. Həmin gün “Turan Tovuz”un U-16 və U-17 komandalaır arasında oyun 50 dəqiqə olub. PFL bu komandalar arasındakı oyunun aprelin 6-da, yəni dünən olacağını bildirmişdi. Lakin araşdırdıq və məlum oldu ki, ötən gün Tovuz təmsilçisinin əvəzedicilər komandasından bir neçə futbolçu və U-19 komandası oynayıb. Test oyunu 40 dəqiqə davam edib. 10 dəqiqə də standart vəziyyətlər üzərində çalışıblar. Meydançanın durumunun ideala yaxın vəziyyətdə olduğu görünüb, heç bir problem ortaya çıxmayıb. PFL-in Tovuza yollanan nümayəndəsi yarışların təşkili və qeydiyyat şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov olub. Redaksiyamıza daxil olan məlumata görə, Yaqubov qeyri-rəsmi şəkildə böyük ehtimalla, “Turan Tovuz”un burda oynamasına icazə veriləcəyini deyib. Bununla bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
icma.az

2Mənbələr