AZ

Tovuz stadionunda test oyunu keçirildi - meydança hazırdı, “Turan Tovuz”u gözləyir! 

Ötən gün Tovuz şəhər stadionunda test oyunu keçirilib. Bu barədə PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev ötən həftə redaksiyamıza məlumat vermişdi. 
“Futbol+” başqa detalları da üzə çıxarıb. Məlum olub ki, əslində ilk oyun dünən yox, aprelin 2-də keçirilib. Həmin gün “Turan Tovuz”un U-16 və U-17 komandalaır arasında oyun 50 dəqiqə olub. PFL bu komandalar arasındakı oyunun aprelin 6-da, yəni dünən olacağını bildirmişdi. Lakin araşdırdıq və məlum oldu ki, ötən gün Tovuz təmsilçisinin əvəzedicilər komandasından bir neçə futbolçu və U-19 komandası oynayıb. 
Test oyunu 40 dəqiqə davam edib. 10 dəqiqə də standart vəziyyətlər üzərində çalışıblar. Meydançanın durumunun ideala yaxın vəziyyətdə olduğu görünüb, heç bir problem ortaya çıxmayıb. 
PFL-in Tovuza yollanan nümayəndəsi yarışların təşkili və qeydiyyat şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov olub. Redaksiyamıza daxil olan məlumata görə, Yaqubov qeyri-rəsmi şəkildə böyük ehtimalla, “Turan Tovuz”un burda oynamasına icazə veriləcəyini deyib. Bununla bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
43
1
football-plus.az

2Mənbələr