AZ

Gürcüstanda azərbaycanlı bələdiyyə başçısının qardaşı saxlanılıb


Gürcüstanın Marneuli şəhərinin bələdiyyə başçısı Daur İsmailovun qardaşı Kənan İsmailov saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Kənan İsmailov bir qrup şəxslə birlikdə çörəkbişirmə müəssisəsinin sahibinə zorakılıq tətbiq edib.
Hadisənin səbəbi olaraq, həmin şəxsin çörəyin qiymətini süni şəkildə artırdığı iddia edilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (“Zorakılıq”) maddəsi ilə cinayət işi açılıb. Sözügedən maddə 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, Gürcüstan mediasında Marneulinin çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu iddia edilir.
Seçilən
0
4
yeniavaz.com

5Mənbələr