Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmailovun qardaşı Kənan İsmailov saxlanılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb.
Kənan İsmailovun bir qrup şəxslə birlikdə vətəndaşın qarşısını kəsərək ona ağır fiziki zorakılıq tətbiq etdiyi iddia olunur.
***
Məlumatda deyilir ki, çörəkbişirmə müəssisəsinin sahibi olan döyülən şəxs çörəyin qiymətinin süni şəkildə artırılmasına etiraz edib və bu səbəbdən meriin qardaşı ona təzyiq edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (“Zorakılıq”) maddəsi ilə cinayət işi açılıb. Sözügedən maddə 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, Gürcüstan mediasında Marneulinin çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu iddia edilir.
Fotoda: Daur İsmailov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.