AZ

Sabah ın U 18 komandası Çempionlar Liqasında mübarizəyə başlayır

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

"Sabah" basketbol klubunun U-18 komandası bu gün gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verir.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Laktasi şəhərində, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah "Porşe BBA Lyudviqsburq"a (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
cebheinfo.az

8Mənbələr